USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran İnqilab Keşikçiləri Ərbildəki ABŞ hədəflərini vurub

16.01.2024 Siyasət
0 0
İran İnqilab Keşikçiləri Korpusu İraqın şimalında yerləşən İraq Kürd Regional Rəhbərliyinin (KRG) Ərbil şəhərini ballistik raketlərlə vurduğunu açıqlayıb.

İran İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda deyilir: İran düşmənlərinin həyata keçirdiyi terror hücumlarına cavab olaraq bu gecə İran əleyhinə olan terrorçular və casusların qərargahı ballistik raketlərlə vurulub.

Gecə yarısı Ərbildə güclü partlayış səsləri eşidilib.

Yerli mənbələr ABŞ-ın Ərbildəki Baş Konsulluğunun binasına, ABŞ əsgərlərinin yerləşdiyi Ərbilin şimalında yerləşən Harir bazasına və Ərbil Beynəlxalq Hava Limanına bomba yüklü PUA və raketlərlə vurulduğunu bildirib.

Hücumdan sonra Ərbil Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb, ABŞ Baş Konsulluğunun binasında siren səsləri eşidilib.