USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Qəzza zolağından güclü atəşə tutulub

16.01.2024 Siyasət
0 0
İsrailin cənub hissələri Qəzza zolağından güclü atəşə tutulub.

İsrailin cənub bölgələri Qəzza zolağından güclü raket atəşinə məruz qalıb. Bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

Son məlumatlara görə, ümumilikdə 50-yə yaxın raket atılıb. Yayımlanan kadrlarda “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin fəaliyyəti əks olunub.

Ynet portalının aydınlaşdırdığı kimi, ölkənin cənubunda yerləşən Netivot şəhəri atəşə tutulub. Raketin mağaza binasına düşdüyü bildirilir. Mümkün itkilər barədə məlumat verilməyib.

Bundan əvvəl İsrail Fələstinin HƏMAS radikal qruplaşmasını minlərlə fələstinlinin sığınacaq axtardığı Qəzza zolağının cənubundakı humanitar zonalardan raketlər atmaqda ittiham edib.