USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraqdan İrana "Ərbil" notası

16.01.2024 Siyasət
0 0
İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkilinə etiraz notası göndərib.

İran İnqilab Keşikçiləri Korpusunun Ərbilə ballistik raket hücumlarından sonra İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkilini çağıraraq etiraz notası verib.

İraqın rəsmi İNA agentliyində yer alan xəbərə görə, İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, Ərbilə edilən hücumları şiddətlə qınadığını bildirərək etiraz notası verib.

KRQ Təhlükəsizlik Şurasının bəyanatında İran İnqilab Keşikçiləri Ordusunun dünən gecə Ərbildə bir çox “mülki yaşayış məntəqəsi”nə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki vətəndaşın öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib.

Hücumlarda həyatını itirənlər arasında iraqlı iş adamı Peşrev Dizeyi və 1 yaşlı körpəsinin də olduğu bildirilib.

Nə olub?

ABŞ Konsulluğu da daxil olmaqla İraqın Ərbil şəhərində bir çox nöqtəyə raket və İHA hücumlarının edildiyi bildirilib.