USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp ABŞ-ın indiki hakimiyyətlərini bir sözlə təsvir edib

17.01.2024 Siyasət
0 0
Tramp deyib ki, ABŞ-ı indi axmaqlar idarə edir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı indiki Amerika hakimiyyətini bir sözlə təsvir edib. TASS xəbər verir ki, onun fikrincə, hazırda dövləti axmaqlar idarə edir.

O, ölkənin hazırkı lideri Co Baydeni ABŞ-ı idarə etmiş bütün prezidentlər arasında ən korrupsioner və səriştəsiz hesab etdiyini vurğulayıb. Tramp əlavə edib ki, Bayden Vaşinqtonu üçüncü dünya müharibəsinə sürükləyə bilər.

O, əvvəllər Rusiya lideri Vladimir Putinlə əla münasibətlərinin olduğunu bildirib. ABŞ-ın keçmiş prezidenti qeyd edib ki, o, heç vaxt Ukrayna münaqişəsinin başlamasına imkan verməzdi və 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkilərindəki qələbəsindən sonra onun tezliklə başa çatmasına öz töhfəsini verə bilər.