USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pakistan raket hücumuna cavab olaraq İrandakı səfirini geri çağırıb

17.01.2024 Siyasət
0 0
Reuters: Pakistan Xarici İşlər Nazirliyi raket zərbəsinə cavab olaraq İrandan səfirini geri çağırıb.

Pakistan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətinə raket hücumlarına cavab olaraq öz səfirini İrandan geri çağırıb. Bu barədə Reuters xəbər verir.

Xarici İşlər Nazirliyi Pakistana hücumun “qanunsuz və qəbuledilməz bir hərəkət” olduğunu və buna görə də İslamabadın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistandakı “Ceyş əl-Zolm” terror qruplaşmasının qərargahına ballistik raket zərbəsi endirib.