USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pakistandan İrana cavab: raketlə vuruldu

18.01.2024 Siyasət
0 0
Ötən gün İranın hava hücumundan sonra Pakistan səhər saatlarında Sistan-Bəlucistan əyalətində bir kəndə raket zərbəsi endirib. İranın verdiyi açıqlamaya görə, hücumda 7 mülki vətəndaş həyatını itirib. ​

İran Pakistanın sərhəd bölgəsindəki bir kəndə atdığı raket hücumunda 3-ü qadın, 4-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyini açıqlayıb.

İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Merhameti bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.

İran rəsmisi: “Bu hücumda 3 qeyri-iranlı qadın və 4 uşaq həyatını itirib” dedi.

Merhameti vilayətin Seravan şəhərində də partlayış baş verdiyini, lakin can itkisinin olmadığını bildirib.

Pakistan "terror hədəflərinə" hücum etdiyini açıqlayıb.

Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı və xüsusi hədəfə alınmış həssas hərbi hücumların həyata keçirildiyini açıqlayıb.

Açıqlamada Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı silsilə həssas hərbi hücumların həyata keçirildiyi, kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat zamanı çoxlu sayda “terrorçu”nun öldürüldüyü bildirilib.