USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Ukrayna PUA hücumuna cəhd edib

18.01.2024 Siyasət
0 0
Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskva və Leninqrad vilayətlərinə hücum etməyə cəhd etdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada “Yanvarın 18-də yerli vaxtla saat 01.30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb” ifadələrindən istifadə edilib.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin Moskva vilayəti üzərində bir İHA-nı məhv etdiyi, Leninqrad bölgəsində də bir İHA-nın vurulduğu bildirilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından verdiyi açıqlamada Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Podolsk ətrafında Moskvaya doğru uçan İHA hücumunu dəf etdiyini bildirib.

Sobyanin məlumat paylaşıb ki, ilkin məlumatlara görə, İHA-nın qalıqlarının düşdüyü yerdə heç bir dağıntı və insan tələfatı olmayıb.