USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO-dan Qərbə çağırış

18.01.2024 Siyasət
0 0
NATO-nun keçmiş komandanı Bridlav Qərbi Krıma hücum etməyə və Rusiya ordusunu məhv etməyə çağırıb.

Qərb Ukraynaya Krıma zərbə endirməkdə kömək etməlidir. Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı, general Filip Bridlav çağırıb.

“Əgər biz Ukraynaya Krıma zərbə endirmək imkanı versək, Rusiya oradakı mövqeyini yenidən düşünməyə məcbur olacaq”, - deyə general hesab edir.

Keçmiş baş komandan vurğulayıb ki, Krıma bir neçə dəfə hücum etmək və yarımadada yerləşən Rusiya ordusunun bölmələrini məhv etmək lazımdır.

Bundan əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen demişdi ki, demokratlar və respublikaçılar Ukraynaya və ABŞ-ın digər müttəfiqlərinə birgə kömək etmək üçün birləşməlidirlər. Rasmussenin fikrincə, ABŞ-ın Ukraynaya yardımını kəsməsi “Moskvanın qələbəsinə yol aça bilər və Vaşinqtonu zəiflədə bilər”.