USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bloomberg: Türkiyə nəzarətdədir, banklar təşvişdədir

18.01.2024 Siyasət
0 0
Bloomberg yazıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı Türkiyənin maliyyə sistemini daha yaxından izləyəcəyini açıqladıqdan sonra türk bankları Rusiya ilə bağlı əməliyyatlara nəzarəti artırıb.

Türkiyədəki banklar ABŞ sanksiyalarına və Vaşinqtonun nəzarətinə məruz qalmamaq üçün Rusiya ilə bağlı əməliyyatlara ən yüksək səviyyədə nəzarət edir. Bloomberg xəbər verir ki, məlumatlı bankirlər, bu addımın pul köçürmələri üçün daha uzun müddətə və vəsaitlərin geri qaytarıldığı və ya günlərlə gecikdiyi vəziyyətlərə səbəb olduğunu söyləyib.

Dəyişiklik dərc olundu.Türkiyə bankları hərəkətə keçib

Məsələ ilə tanış olan başqalarına görə, sərtləşdirilmiş yanaşma ABŞ prezidenti Co Baydenin Vaşinqtona Ukraynadakı müharibə ilə bağlı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə icazə verən sərəncamından sonra baş verir. Sözügedən şəxslər dekabrın sonunda Xarici Aktivlərə Nəzarət Ofisi səhifəsində dəyişikliklərin yeniləndiyini və bundan sonra Türkiyə banklarının hərəkətə keçdiyini bildiriblər.

Rusiyanın iki əsas ticarət mərkəzi olan Çin və Birləşmiş Ərəb Əmirlikləri də rus müştəriləri üçün maliyyələşdirmə məhdudiyyətlərini sərtləşdirir. Türkiyə İxracatçılar Məclisinin sədri Mustafa Gültəpə Türkiyə banklarının indiyədək apardığı araşdırmaların bankların əməliyyatlarında ləngiməyə səbəb olduğunu və ixracatçıların ödənişləri almaqda çətinlik çəkdiyini bildirib. Ticarət naziri Ömər Bolat hökumətin problemi həll etdiyini bildirib.