Yaponiya ABŞ-la 400 ədəd uzaqmənzilli “Tomaqavk” raketlərinin alınmasına dair müqavilə imzalayıb.
Yaponiya ABŞ-dan 400 ədəd uzaqmənzilli “Tomaqavk” raketlərinin alınmasına dair müqavilə imzalayıb. Tokioda müqavilə imzalandıqdan sonra jurnalistlərə açıqlama verən müdafiə rəsmisi, "Bu imza ilə Tomahawk raketlərinin tədarükü başlandı" dedi.
“Biz müdafiə büdcəsinin düzgün icrası ilə müdafiə qabiliyyətimizi hərtərəfli gücləndirəcəyik”, - deyə rəsmi bildirib.
1600 kilometr məsafəni qət edən iki növ Tomahawk üçün 2,35 milyard dollara qədər satışa Vaşinqton noyabr ayında razılıq verib.