Polşa və Baltikyanı ölkələr Rusiya Federasiyasından LNG və alüminium idxalına qadağa qoyulmasını tələb edir.
Polşa və Baltikyanı ölkələr Avropa İttifaqını (Aİ) yeni anti-Rusiya sanksiyalar paketinə Rusiya Federasiyasından alüminium və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə qadağa qoymağa çağırıb. Bu barədə “Reuters” adı açıqlanmayan polşalı rəsmiyə istinadən yazır.
Bu iki resursun idxalına qoyulan məhdudiyyətlərdən əlavə, eyni Avropa dövlətləri aviasiya sektorunda sanksiyaların gücləndirilməsində, daha doğrusu, dronların istehsalı üçün istifadə edilən bir sıra malların məhdudlaşdırıcı siyahılara daxil edilməsində israrlıdır. Agentlik xəbər verir ki, eyni zamanda, oxşar məhdudiyyətlərin Belarusa da şamil edilməsi təklif olunur.
Avropalı diplomat həmçinin təklif edib ki, Aİ sanksiyaları daha çox fiziki və hüquqi şəxslərə şamil edilə bilər.