USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moldovanın xarici işlər naziri istefa verib

24.01.2024 Siyasət
0 0
Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa verib.

Kommersant.az xəbər verir ki, Niku Popesku bu barədə mətbuata açıqlamasında deyib.

“Ölkə prezidenti Maya Sandu tərəfindən qarşıya qoyulan xarici siyasi məqsədləri uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm və indiki mərhələdə mənə fasilə lazımdır”, - deyə Niku Popesku bildirib.

Siyasətçinin sözlərinə görə, o, vəzifəsini tərk etdikdən sonra da Avrointeqrasiya prosesində hökumətə və onun komandasına dəstəyini davam etdirəcək.

Moldova hökumətindəki mənbələrin məlumatına görə, xarici işlər naziri postuna parlament sədrinin müavini Mixay Popşoyun təyin ediləcəyi gözlənilir. Həmçinin, Nazirlər Kabinetində Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarla məşğul olacaq qrupun rəhbəri vəzifəsi təsis olunacaq. Bu vəzifəyə prezidentin müşaviri Kristina Gerasimovanın irəli sürüləcəyi bildirilir.

Qeyd edək ki, Niku Popesku 2019-cu ildə Moldova Xarici İşlər Nazirliyinə rəhbər təyin olunub. O, daha sonra 2021-ci ildə Natalya Qavrilitsa hökumətində bu vəzifəyə qayıdıb, eyni zamanda, baş nazirin müavini vəzifəsinin icrasına başlayıb.

  • Əvvəlki

    17 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası

Digər xəbərlər