USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Soyuq Müharibədən bəri NATO-nun ən böyük təliminə qoşulub

24.01.2024 Siyasət
0 0
Reuters: ABŞ Soyuq Müharibədən bəri NATO-nun ən böyük təliminə qoşulur.

Birləşmiş Ştatlar NATO-nun Soyuq Müharibədən bəri ən böyük təliminə qoşulub. Bu barədə Reuters xəbər verir.

Agentliyin qeyd etdiyi kimi, ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük amfibiya hücum gəmisi Gunston Hall limanı tərk edərək 50-yə qədər gəmi, 80 döyüş təyyarəsi, helikopter və pilotsuz uçan aparat, həmçinin 1100-dək zirehli texnikanın iştirak edəcəyi təlimin keçirildiyi əraziyə doğru yola düşüb.

NATO üzvləri 22 yanvar 2024-cü ildən bəri tarixin ən böyük təlimini keçirir. Manevrlərdə Şimali Atlantika Alyansı ölkələrindən 40 mindən çox hərbçi, eləcə də İsveçdən olan hərbçilər iştirak edir. Manevrlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə baş tutacaq.