USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ xarici dövlət borcunun həcmini qorxulu adlandırıb

26.01.2024 Siyasət
0 0
ABŞ-ın maliyyə naziri Yellen 34 trilyon dollarlıq xarici borcunu qorxulu adlandırıb.

ABŞ-ın maliyyə naziri Canet Yellen ölkənin 34 trilyon dolları keçən xarici dövlət borcunun həcmini şərh edib.

Jurnalistlərlə söhbəti zamanı Yellen xarici milli borcun miqdarını qorxulu adlandırıb və ABŞ iqtisadiyyatının “böyük” olduğunu vurğulayıb. Ona görə də onun fikrincə, xarici borc “tamamilə idarə oluna bilər”.

Yanvarın əvvəlində ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb. Son bir ildə bu rəqəm dörd trilyon dollardan çox artıb.

Yaponiya ABŞ dövlət istiqrazlarına investisiyaların həcmində liderliyini qoruyub saxladı. Oktyabrın sonunda qiymətli kağızlara investisiyaları 1,09 trilyon dollara çatıb. Böyük geriləmə ilə ikinci yeri 769,6 milyard göstərici ilə Çin, üçüncü yeri isə Böyük Britaniya (693 milyard) tutur.