USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraq İslami Müqaviməti ABŞ hərbi bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

29.01.2024 Siyasət
0 0
WP: İraq İslami Müqaviməti ABŞ bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İraq İslam Müqaviməti İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının (PUA) endirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə The Washington Post (WP) hərəkatın yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

“ABŞ İsraili dəstəkləməyə davam edərsə, gərginlik olacaq. ABŞ-ın regiondakı bütün maraqları qanuni məqsədlərdir və biz ABŞ-ın cavab verməli olduğu təhdidlərindən narahat deyilik. Şəhidlik bizim mükafatımızdır”, - deyə bildirilib.

Yanvarın 27-də axşam pilotsuz təyyarə ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində onlarla insan yaralanıb, 3 hərbçini xilas etmək mümkün olmayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın İordaniyadakı bazasına hücumda ölənlərin sayının 34-ə yüksəldiyini, onlardan 8 hərbçinin təxliyə edildiyini açıqlayıb.