USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda “Mossad agenti” olmaqda ittiham olunan 4 nəfər edam edilib

29.01.2024 Siyasət
0 0
İranda İsrail kəşfiyyatı Mossad adına fəaliyyət göstərmək ittihamı ilə mühakimə olunduğu iddiada edam cəzasına məhkum edilən 4 nəfərin hökmləri icra edilib. ​

Fars Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər saatlarında Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihi edam edilib.

Rejim əleyhdarı Komala təşkilatına üzv olduqları iddia edilən şəxslərin İraqın şimalından İrana sızdığı və İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən nəzarətə alındığı bildirilib.

Sözügedən 4 nəfər 2023-cü il sentyabrın 18-də İsrail kəşfiyyat xidməti Mossad-da işlədikləri üçün edam cəzasına məhkum edilib.