USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın baş naziri Qaribaşvili istefa verib

29.01.2024 Siyasət
0 0
Gürcüstanın baş naziri Qaribaşvili canlı yayımda vəzifəsindən istefa verdiyini açıqlayıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili paytaxt Tbilisidə hökumət binasında verdiyi açıqlamada vəzifəsindən istefa verdiyini bəyan edib.

Canlı yayımda xalqa müraciət edən Qaribaşvili təxminən 3 il əvvəl ikinci dəfə baş nazir vəzifəsinə gəldiyini xatırladıb və bu müddət ərzində səmərəli iş apardıqlarını bildirib.

Hakim “Gürcü Arzusu” partiyasının və hökumətin demokratik prinsiplərə hörmət etdiyini, ona görə də partiyadaxili rotasiya olduğunu deyən Qaribaşvili istefa verməklə başqa insanlara yeni imkanlar verilməli olduğunu vurğulayıb.

İki ayrı dövrdə cəmi 5 il baş nazir vəzifəsində çalışdığına diqqət çəkən Qaribaşvili, "Ölkəmizə vicdanla xidmət etdim. Ölkəmizin və xalqımızın mənafeyini güzəştə getmədən müdafiə etdim. Nəticələrdən qürur duyuram. Bu müddət ərzində komanda ilə birlikdə nail olduq” dedi.

Qaribaşvili Gürcü Arzusu Partiyasının siyasi şurasından ona sədrlik təklif olunduğunu bəyan edib və fevralın 1-də partiyanın qurultayında bu məsələnin müzakirə olunacağını açıqlayıb.