USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Blinkendən Yaxın Şərq açıqlaması: 1973-cü ildən bu yana belə təhlükəli bir dövr görməmişdik

30.01.2024 Siyasət
0 0
NATO-nun baş katibi Stoltenberq ilə birgə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Blinken, “1973-cü ildən bəri bölgədə indi qarşılaşdığımız qədər təhlükəli bir dövr görmədik” dedi.

Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Antoni Blinken 3 Amerika əsgərinin öldüyü hücumla bağlı qiymətləndirmələr edib.

Blinken 7 oktyabrda HƏMAS hücumları ilə başlayan və İsrailin hücumları ilə artan gərginliyin bölgədə ciddi gərginlik topladığını vurğulayıb.

ABŞ-lı nazir son 3 ayda bölgədə artan gərginliyi belə izah etdi: "Hazırda Yaxın Şərqdə inanılmaz dərəcədə qeyri-sabit bir dövr yaşayırıq. Bölgədə indi qarşılaşdığımız dövr qədər təhlükəli bir dövr görmədik".

Gərginliyin bütün bölgəyə yayılmasını istəmədiklərini bildirən Blinken, Amerika qüvvələrini və maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəklərini də əlavə edib.

ABŞ qüvvələrinə İHA hücumu

ABŞ prezidenti Co Bayden bir gün əvvəl Ağ Evdən verdiyi yazılı açıqlamada İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin tək tərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlamışdı.