Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər atdığını bildirib.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru qanadlı raketlər atdığı açıqlanıb.
Bəyanatda qanadlı raketlərin sayı, uçuş məsafəsi, orbitləri və çatdıqları hündürlüklə bağlı təfərrüatlar paylaşılmayıb.
Cənubi Koreyanın sayıqlıq gücünün artırıldığı qeyd edilən açıqlamada “Ordumuz Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə sıx əməkdaşlıq edir” ifadəsindən istifadə edilib.
Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.
Şimali Koreya xəbər agentliyinin (KCNA) yanvarın 19-da verdiyi xəbərə görə, Şimali Koreya yanvar ayında hazırlandığı "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib.