USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pakistanın keçmiş baş naziri 10 il müddətinə azadlıqdan məhrum edilib

30.01.2024 Siyasət
0 0
Reuters: Pakistanın keçmiş baş naziri Xan 10 il həbs cəzasına məhkum edilib.

Pakistanın keçmiş baş naziri İmran Xan dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Reuters siyasətçinin partiyasına istinadən məlumat yayıb.

Nəşr Xanın vəkilindən sitat gətirir: "Biz bu qanunsuz hökmü qəbul etmirik".

Keçmiş baş nazirlə yanaşı, ölkənin keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi də 10 il həbs cəzası alıb. O, həmçinin dövlət sirrini yaymaqda ittiham olunurdu.