USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa AB-ni fermerlərin etirazlarında ittiham edib

30.01.2024 Siyasət
0 0
Politico: Fransa fermerlərin Ukraynadan idxalı azaltmağı tələb edən etirazlarında Aİ-ni günahlandırır.

Fransa prezidenti Emmanuel Makronun komandası artan narazılıqda və nəticədə fransız fermerlər arasında etirazların yaranmasında Avropa İttifaqının (Aİ) qaydalarını daha çox günahlandırır. Bu barədə “Politico” məlumat yayıb.

Qeyd olunur ki, Paris Aİ-ni bəzi tədbirlərdən, o cümlədən Ukraynadan ərzaq idxalını məhdudlaşdırmaqdan və Merkosur blokuna daxil olan Cənubi Amerika ölkələri ilə ticarət sazişi imzalamaqda israrlı olmaqdan imtina etməyə çağırır, çünki bunlar Fransanın kənd təsərrüfatı üçün təhlükə hesab olunur.

Bundan əlavə, Fransa prezidenti fevralın 1-də Aİ liderlərinin Brüsseldə keçiriləcək görüşünün gündəliyinə fermerlərin narazılığı ilə bağlı məsələləri daxil etməyi planlaşdırır.

Bundan əvvəl Fransa hökumətinin siyasətinə etiraz edən fermerlər Paris ətrafındakı magistral yolları bağlamağa başlayıblar. Bildirilib ki, paytaxta gedən bütün magistral yollarda vəziyyət ağırdır. Etirazçılar da az qala Ruasi-Şarl de Qoll hava limanına çatıb.