USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hindistanda rekord kapital axını qeydə alınıb

01.02.2024 Siyasət
0 0
Hindistanda yanvarda xarici kapital axını 3,4 milyard dollar təşkil edib.

Yanvarda Hindistanda son 12 ayda rekord kapital axını qeydə alınıb - xarici investorlar bir ay ərzində ölkədən 3,4 milyard dollar dəyərində aktivlərini çıxarıblar. Bu barədə Hindistanın “Business Standard” nəşrinə istinadən yazır.

Bu dinamikanın əsas səbəbləri ölkədə xarici investisiyaların böyük payına malik iri şirkətlərin məyusedici maliyyə nəticələri, ABŞ istiqrazlarının gəlirliliyi və geosiyasi qeyri-müəyyənliyin artmasıdır. Avendus Capital Public Markets Alternate Strategies şirkətinin direktoru Endryu Holland əlavə etdi ki, institusional investorlar Çinə investisiya etmək üçün Hindistandan pul köçürürlər.