Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin gündəliyi məlum olub.
Kommersant.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlarının əsas mövzusunu ikitərəfli əməkdaşlıq, regional gündəm və Ukrayna məsələsi təşkil edəcək.
"Hər bir görüş gündəm baxımından çox dolğundur. Bu, ilk növbədə ikitərəfli Rusiya-Türkiyə münasibətləri, ticari-iqtisadi əməkdaşlığımızdır. Əlbəttə ki, regional problem və Ukrayna da müzakirə olunur", - o deyib.