USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Seçkiləri 89 ölkədən 800-ə yaxın müşahidəçi izləyəcək

02.02.2024 Siyasət
0 0
“Fevralın 7-də keçiriləcək prezident seçkilərində 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın beynəlxalq müşahidəçisi iştirak edəcək”.

Kommersant.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev fevralın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və MSK-nın birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbirdə deyib.

H.Paşayev qeyd edib ki, MSK seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdıran H.Paşayev bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

MSK üzvü bildirib ki, prezident seçkilərini təxminən 62 beynəlxalq media qurumunun 120 xarici jurnalisti müşahidə edəcək.