USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT: İsrailin hücumlarını genişləndirmək ehtimalı narahatlıq doğurur

02.02.2024 Siyasət
0 0
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrailin Qəzzanın Rəfah şəhərinə hücumlarını genişləndirməsi ehtimalını son dərəcə narahatedici hesab edib. ​

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Baş katibin İsrailin Rəfah şəhərinə irəliləmək imkanlarına necə baxdığı ilə bağlı suala Düjarrik belə cavab verib: “Baş katib bunu son dərəcə narahatedici hesab edir” dedi.

Xan Yunisdəki hücumların mülki şəxslərə təsirini açıq şəkildə ortaya qoyduğuna işarə edən Dujarrik, BMT-nin buradakı obyektinin də vurulduğunu xatırladıb. İsrailin quru hücumlarından sonra Qəzza xalqının cənuba doğru hərəkət etdiyini ifadə edən Dujarrik, "Cənuba doğru hərəkət etdikcə əhalinin sıxlığı artacaq" dedi. Soyuq havada insanların çadırlarda və dəhşətli şəraitdə sağ qalmağa çalışdığına diqqət çəkən Dujarrik, İsrailin Rəfaha doğru irəliləmə ehtimalının narahatlıq doğurduğunu təkrarladı.

İsrailin müdafiə naziri Rəfaha işarə edib

İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının Xan Yunis bölgəsindəki İsrail əsgərlərinə səfəri zamanı Xan Yunisdəki hücumlarını Misir sərhədindəki Rəfah şəhərinə köçürəcəklərini bildirib. İsrail qüvvələri tez-tez hava zərbələri ilə Rəfah şəhərini hədəf alır. İsrailin Rəfah şəhərinə qurudan hücum edəcəyi təqdirdə, mülki əhalinin Qəzza zolağında sığınacaq tapmayacağından ehtiyat edilir.