USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mask Bayden administrasiyasının immiqrasiya siyasətini tənqid edib

06.02.2024 Siyasət
0 0
Mask: "Bayden administrasiyası qeyri-qanuni miqrantlar üçün qırmızı xalça sərir".

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Co Bayden administrasiyasının miqrasiya siyasətini tənqid edib. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb:

"Bu administrasiya və bir çox ştatlar sərhədləri qorumaq əvəzinə qeyri-qanuni miqrantlar üçün qırmızı xalça sərir".

Yanvarın 27-də Baydenin immiqrasiya siyasətini sərtləşdirməyə razı olduğu məlum olub. O, Konqresin qanun layihəsini təsdiq edəcəyi təqdirdə sərhədi miqrantlar üçün bağlayacağını vəd edib. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre daha sonra sərhədlərin bağlanmasının nə demək olduğuna dair müxtəlif təriflərin olduğunu söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın keçmiş lideri Donald Tramp qeyri-qanuni miqrantlar səbəbindən ABŞ-da terror aktları təhlükəsi olduğunu açıqlamışdı. Onun sözlərinə görə, heç vaxt cənub sərhədində vəziyyət bu qədər təhlükəli olmayıb. Siyasətçi sərhədi bağlamağa çağırıb və qeyd edib ki, pis sərhəd razılaşması heç bir razılaşmadan daha pisdir.