Vladimir Putin yaxın gələcəkdə Türkiyəyə səfər edəcək.
Kommersant.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Maltanın xarici işlər naziri Lan Borgla mətbuat konfransı zamanı deyib.
H.Fidan bildirib ki, Türkiyə və Rusiya arasında bir çox sahədə əməkdaşlıq var.
"Rusiya olan dialoqun davam etməsinə xüsusi önəm veririk.V.Putin Türkiyəyə səfəri çərçivəsində R.T.Ərdoğanla görüşəcək. Bu zaman həm ikitərəfli əlaqələr həm də regional mövzular müzakirə ediləcək", - deyə o, bildirib.