Politico: Aİ üzvlərindən Rusiya Federasiyasına qeyri-qanuni mal axınını dayandırmağı tələb edib.
Avropa İttifaqının (Aİ) rəhbərliyi ona üzv olan hökumətləri qadağan olunmuş malların sanksiyalara məruz qalan Rusiyaya daxil olmasına icazə verdiyinə görə tənqid edib. Bu barədə “Politico” məlumat yayıb.
Brüssel Aİ hökumətindən “sanksiyalardakı boşluqların bağlanmasına” nəzarət etmək üçün Rusiyaya qeyri-qanuni mal axınını təcili dayandırmağı tələb edib.
Aİ-nin maliyyə rəhbəri Mairead McGuinness və ticarət rəhbəri Valdis Dombrovskis şirkətlərin sanksiyalardan yayındığı yerlərlə bağlı “təfərrüatları” tezliklə paylaşacaqlarını bildiriblər. Aydınlaşdırılır ki, Avropa İttifaqından sanksiyalara məruz qalan mallar ikinci ölkələr, eləcə də blokdan kənarda məhsul istehsal edən Avropa şirkətlərinin törəmə müəssisələri vasitəsilə Rusiyaya təkrar ixrac edilir. Bu əşyalar silah olmasa da, hərbi məqsədlər üçün istifadə oluna və döyüş meydanına yol tapa bilər.
Nəşrin qeyd etdiyi kimi, Avropa Komissiyası sanksiyalara əməl olunmasını təmin edəcək qurumun yaradılması imkanlarını öyrənir. "Bu ideya populyarlıq qazanır və ikinci müddətə təyin olunarsa, Komissiya sədri Ursula fon der Leyenin gündəminə düşə bilər", - deyə adının açıqlanmasını istəməyən Avropa rəsmisindən sitat gətirib.
Bundan əvvəl Avropa İttifaqının yeni 13-cü anti-Rusiya sanksiyalar paketinin hazırlanması barədə məlumat yayılıb. Bununla belə, AK Rusiyadan idxala yeni qadağaları daxil etməyəcək.