USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu HƏMAS-ı məhv etmək üçün Almaniya ilə razılaşdı

18.03.2024 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu, 1,5 milyon fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfaha hücum etməzdən əvvəl "mülki əhalinin buradan getməsinə əmin olacaqlarını" iddia edib.

İsrailə səfər edən Almaniyanın baş naziri Olaf Şolz Netanyahu ilə görüşdükdən sonra Qərbi Qüdsdə birgə mətbuat konfransı keçirib.

Scholz ilə görüşünə də toxunan Netanyahu, "dostlar arasında çox ciddi, əhəmiyyətli bir görüş keçirdiklərini" ifadə edərək, "Həmas-ın aradan qaldırılması mövzusunda da razılaşdıq" dedi.

HƏMAS-ın Qəzzada qalmasına icazə veriləcəyi təqdirdə yenidən toparlanacağını və Qəzzanı ələ keçirəcəyini bildirən Netanyahu, alman həmkarının ondan Qəzzada mülki əhalinin müdafiəsi üçün daha çox işlər görməsini və fələstinlilər üçün Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verməsini istədiyini bildirib.

Netanyahu iddia edib ki, “İsrail mülki insanları qorumağa çalışır və məskunlaşan ərazilər uğrunda gedən döyüşlər zamanı Qəzza zolağına yardım paylamaq çətindir”.

Ordunun Rəfaha hücumu zamanı bölgədə mülki şəxsləri saxlamayacaqlarını söyləyən Netanyahu, “Rəfəhdə qalan HƏMAS batalyonlarını məhv etmək məqsədimiz mülki əhalinin Rəfahdan çıxmasını təmin etməklə irəliləyir. Bu, əhalini yerində saxlayaraq edəcəyimiz bir şey deyil. Əslində biz bunun əksini edəcəyik, onları getməyə məcbur edəcəyik” dedi.

İsrailin baş naziri iddia edib ki, İsrail ordusu mülki əhalinin ölümünü azaltmaq üçün əlindən gələni edib.

“Biz fələstinlilərin aclıq çəkməsini gözləyə bilmərik”.

Almaniya kansleri Olaf Şolz da İsraildəki görüşlərindən sonra Qəzzaya “davamlı olaraq daha çox humanitar yardım axınının lazım olduğunu” bildirib.