Kremlin sözçüsü Peskov, xəbərlərdə sirli "Havana sindromu" xəstəliyini Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirən iddiaların əsassız olduğunu bildirib.
Kreml, adını 2016-2017-ci illərdə ortaya çıxdığı Kubanın paytaxtı Havanadan alan sirli "Havana sindromu" xəstəliyinin arxasında Rusiyanın dayandığı xəbəri ilə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın hərbi kəşfiyyatının Kubada xidmət edən Kanada və ABŞ diplomatları və onların ailələrinin xəstəliyi ilə əlaqəsi olduğu iddialarını rədd edib.
Reuters xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Peskov Rusiya kəşfiyyatı və 'Havana sindromu' ilə bağlı xəbərlərdə iddianı dəstəkləyəcək heç bir dəlilin təqdim edilmədiyini və iddiaların əsassız olduğunu müdafiə edib.
İNSİDER RUSİYA İDDİASINI GÜNDƏMƏ QOYDU
Latviyanın paytaxtı Riqada yerləşən Rusiya mərkəzli araşdırmaçı media qrupu, “Havana sindromu”nun Rusiya hərbi kəşfiyyatının təxribat bölməsinin üzvləri tərəfindən istifadə edilən enerji silahları ilə əlaqəli ola biləcəyini iddia etdi. Nəticələri keçən il paylaşılan ABŞ kəşfiyyatının apardığı araşdırma, sözügedən narahatlığa görə xarici düşmənin məsuliyyət daşımasının "çox az ehtimal" olduğunu ortaya qoydu. İnsider iddia etdi ki, ABŞ hərbçilərinin bu pozğunluqdan əziyyət çəkdiyi hadisə yerinə “29155” kimi tanınan Rusiya hərbi kəşfiyyat təşkilatının (QRU) əməkdaşları göndərilib.