USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO Ukraynaya yardımı daha proqnozlaşdırıla bilən etmək istəyir

03.04.2024 Siyasət
0 0
Stoltenberq: NATO Ukraynaya daha proqnozlaşdırıla bilən yardım göstərmək niyyətindədir.

Şimali Atlantika Alyansı Ukraynaya daha proqnozlaşdırıla bilən yardım göstərmək niyyətindədir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz təşkilati məsələləri, Ukraynaya daha proqnozlaşdırıla bilən yardımı təmin edəcək yeni formaları və uzunmüddətli perspektivdə vəsaitlərin hər il və aylıq alınmasını müzakirə edirik”, - deyə baş katib bildirib.

Stoltenberq həmçinin NATO ölkələrini “qısamüddətli təkliflərə daha az etibar etməyə” çağırıb və bildirib ki, alyans ölkələri Ukraynaya “yardımın proqnozlaşdırıla bilməsi üçün çoxillik maliyyə öhdəliklərini” müzakirə etmək niyyətindədirlər.

NATO-nun baş katibi həmçinin Qərb ölkələrini Ukrayna qoşunlarının cəbhədəki uğursuzluqlarına görə Kiyevə yardımı artırmağa çağırıb, həmçinin blokun Ukraynaya hərbi dəstəyin əlaqələndirilməsi və planlaşdırılmasında mühüm rol oynamaq istəyini açıqlayıb.