USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

`Meksika Ekvadorla diplomatik əlaqələri dayandırır

06.04.2024 Siyasət
0 0
Polis Xorxe Qlasın saxlanılması üçün səfirliyə basqın etdikdən sonra Meksika Ekvador hökuməti ilə diplomatik əlaqələri dayandırıb.

Ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Quitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.

Milli mətbuatda yer alan xəbərə görə, polis Quitodakı Meksika səfirliyinə girərək, Meksika hökumətinin siyasi sığınacaq verəcəyini açıqladığı Qlası saxlayıb.

Meksikanın Kitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə bildirib ki, Ekvador polisi zorla səfirliyə daxil olub və əməkdaşlarına hücum edib.

Basqına reaksiya verən Canseco, "Bu, qətiyyən qəbuledilməzdir, ola bilməz və bu, sözün əsl mənasında barbarlıqdır. Biz Qlasın həyatından narahatıq" dedi.

Meksika Ekvadorla diplomatik əlaqələri dayandırıb

Meksika prezidenti Andres Manuel Lopez Obrador məsələ ilə bağlı açıqlamasında Ekvador polisinin Meksika səfirliyinə daxil olmasının milli suverenliyin “açıq-aşkar” pozulması olduğunu bildirib.