USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir ciddi nöqsanlara yol verən idarə rəisini işdən çıxardı

06.04.2024 Siyasət
0 0
Mədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Səftər oğlu Mehdiyevin əmək müqaviləsinə xitam verilib.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nurəddin Mehdiyev işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.