USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İmamoğludan Ərdoğana məsləhət

08.04.2024 Siyasət
0 0
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Böyük Britaniyada çıxan “Financial Times” qəzetinə açıqlama verib. İmamoğlu Ərdoğana “seçicilərin mesajına qulaq asmağı” tövsiyə edib.

Martın 31-də keçirilən yerli seçkilərdə yenidən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilən Əkrəm İmamoğlu İngiltərənin aparıcı qəzetlərindən olan Financial Times (FT) qəzetinə danışıb.

52 yaşlı İmamoğlunun prezident Rəcəb Tayyib Ərdoğanın “əsas rəqibinə çevrildiyini” vurğulayan FT, İmamoğlunun sözlərindən sitat gətirib.

FT-yə verdiyi müsahibəyə görə İmamoğlu, Ərdoğanın "mesajı almadığı və eyni şeyi etməyə davam edəcəyi" təqdirdə "siyasi həyatının qısalacağı" xəbərdarlığını edib.

İmamoğlu deyib ki, Ərdoğanın siyasi partiyasının ölkə daxilində nüfuzunu itirdiyi yerli seçkilər seçicilərin prezidentin Türkiyə dövlət qurumlarına nəzarəti gücləndirməsini rədd etdiklərinin bariz göstəricisidir.

İmamoğlu, "Bu, bir rejimə, bir sistemə çevrilib ki, İstanbulda bir qurumun müdiri belə siyasi təlimat olmadan indiki səlahiyyətindən istifadə edə bilməz. Bu, bizə tək bir adamın iradəsini əks etdirən bir dövlət quruluşu verir. Biz dırnaq içərisində bunu avtoritar rejim adlandıra bilər. Amma düşünürəm ki, bu seçki son nəticədə bütün bu metoda gətirib çıxaracaq" dedi.

İmamoğlunun ikinci İBB sədrliyinə iki böyük dava ilə başlayacağını ifadə edən FT, İmamoğlunun bir dövlət məmurunu təhqir etdiyinə görə həbs cəzası və 2022-ci ildə siyasi qadağa aldığını xatırladıb.

Hüquqi vəziyyəti ilə bağlı sualı cavablandıran İmamoğlu, "Qorxacaq şəxs Ərdoğan ola bilər" deyərək narahat olmadığını bildirib.