USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan İsrailə çox sərt təhdid: "Səfirliklərinin heç biri artıq təhlükəsiz deyil"

08.04.2024 Siyasət
0 0
İranın dini lideri Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi “İsrail səfirliklərinin heç biri artıq təhlükəsiz deyil”, - deyə hədələyib.

İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra Tehran-Təl-Əviv xəttində gərginlik artır. İranın dini lideri Ayətullah Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi "İsrailin heç bir səfirliyi artıq təhlükəsiz deyil və bu qorxuya görə indiyədək 28 səfirliyi bağlayıb" deyib. Səfəvi hücumda şəhid olan əsgərlərin dəfn mərasimində çıxış edib.

İsrailin aprelin 1-də həyata keçirdiyi hava hücumunda aralarında İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin Suriya və Livandan məsul komandanı Zahidi və Zahidinin köməkçiləri Məhəmməd Hacı Rəhimi və Hüseyn Əminullah da daxil olmaqla 7 nəfər həyatını itirib.

İsrailin hücumlarının ABŞ və bəzi qərb ölkələrinin dəstəyi ilə həyata keçirildiyini bildirən Səfəvi deyib:

"Sionist rejimin son 6 ayı bu rejimin 75 illik tarixində işğal, soyqırım, hərbi cinayətlər və cinayət əməllərini əhatə edir. Konsulluğumuza hücum və Suriyada mövcudluğu qanuni olan hərbi məsləhətçilərin öldürülməsi beynəlxalq hüququn pozulmasıdır. İsrail səfirliklərinin heç biri artıq təhlükəsiz deyil və bu qorxuya görə indiyədək 28 səfirliyi bağlayıblar”.

İsrailin müdafiə naziri: Biz istənilən ssenariyə hazırıq

Səfəvinin açıqlamalarından sonra İsraildən açıqlama gəlib. İsrailin müdafiə naziri Yoav Gallantın ofisi istənilən ssenariyə hazır olduqlarını bildirib. Açıqlamada Gallantın komandirlərlə “əməliyyat vəziyyəti qiymətləndirməsi” etdiyi ifadə edilərək, “Qallant, İranla yarana biləcək hər hansı bir ssenariyə reaksiya üçün hazırlıqların tamamlandığını vurğuladı.