USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Türkiyə ilə bağlı açıqlama: “Maliyyə məsələlərində təmaslar aparırıq”

08.04.2024 Siyasət
0 0
Kremlin sözçüsü Peskov Rusiya və Türkiyənin maliyyə məsələlərində təmaslarını davam etdirdiklərini və bank köçürmələrindəki problemlərdən çıxış yolunu birlikdə axtardıqlarını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Türkiyə mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün maliyyə məsələləri üzrə işçi təmaslar aparır.

Peskov, iki ölkə arasında bank köçürmələrində yaşanan problemlərə gəlincə, "Mütləq problemlər var, lakin bu problemlərin səbəbinin nə olduğu aydındır" dedi.

Ria Novosti-də yer alan xəbərə görə, Peskov maliyyə razılaşmalarındakı problemlərin Rusiya və Türkiyə iqtisadiyyatındakı aktyorlara zərər verdiyini ifadə edərək, “Bu vəziyyət həm bizim, həm də türk sahibkarların maraqlarına ciddi ziyan vurur” deyib.

Fevral ayında Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov iki ölkə arasında bank köçürmələrində ciddi problemlərin olduğunu bildirmişdi. Həmin vaxt ikitərəfli səviyyədə bu problemlərin aradan qaldırılması istiqamətində səylərin davam etdirildiyi bildirilirdi.