USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl klinikalarda yoxlamalar - Birinin lisenziyası dayandırıldı

09.04.2024 Siyasət
0 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar ediən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

"Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib", - deyə əlavə edilib.