USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bolqarıstanda müvəqqəti hökumət fəaliyyətə başladı

09.04.2024 Siyasət
0 0
Bolqarıstanda baş nazir Dimitar Qlavçevin yaratdığı müvəqqəti hökumət andiçmə mərasimindən sonra rəsmi olaraq fəaliyyətə başlayıb.

Parlamentdə keçirilən andiçmə mərasimindən sonra Bolqarıstan hökuməti rəsmən fəaliyyətə başlayıb.

Baş nazir Dimitar Qlavçevin yaratdığı müvəqqəti hökumət üzvlərinin andiçmə mərasimi üçün parlamentdə növbədənkənar iclas keçirilib.

Baş nazirin müavini və 19 nazirdən ibarət hökumət üzvləri bir-bir and içib.

Hökumətin əsas vəzifəsi Bolqarıstan Milli Məclisinə növbədənkənar seçkilərin və iyunun 9-da eyni vaxtda keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərin təşkili olacaq.

Prezident Rumen Radevin də qatıldığı andiçmə mərasimindən sonra Bolqarıstanın dövlət himni və Avropa İttifaqının (AB) himni səsləndirilib.

Rusiya tərəfdarı, NATO və AB əleyhinə olan “Vızrajdane” (Yenidən Doğuş Partiyası) millət vəkilləri Aİ himninin səsləndirilməsi zamanı etiraz olaraq öz yerlərində əyləşiblər.

Ölkədə davam edən siyasi qeyri-sabitlik səbəbindən baş nazir Qlavçev hökuməti son üç ildə Bolqarıstanda vəzifəyə başlayan 7-ci hökumət olacaq.