USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail məhsullarını boykot etməyə çağıran aparıcı işdən çıxarılıb

09.04.2024 Siyasət
0 0
Almaniyada İsrail məhsullarını boykot etməyə çağıran aparıcı Helen Faresin vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.

Cənub-Qərbi Almaniya Radio və Televiziya Qurumundan (SWR) edilən açıqlamada, Faresin sosial media hesabında İsrail məhsullarını boykot etmək üçün istehsal edilən proqramdan istifadə etdiyi üçün işdən çıxarıldığı ifadə edildi.

Açıqlamada, SWR-nin rəqəmsal dialoq formatı "MixTalk"ı təqdim edən Faresin bir proqramın müstəqilliyini və etibarlılığını qorumaq üçün qərəzsizliyə borclu olduğu, lakin sosial mediadakı paylaşımında bu qərəzsizliyin olmadığı ifadə edildi.

SWR-nin sosial media ilə bağlı dəqiq qaydaları olduğuna diqqət çəkən açıqlamada, "Jurnalistlərin təbii ki, siyasi baxışı ola bilsələr də, sosial media fəaliyyətlərinə görə SWR-nin müstəqilliyi təhlükə altına düşməməli və şübhə altına alınmamalıdır. SWR bu prinsipin bu sahədə pozulduğunu düşünür" ifadələrdən istifadə edilmişdir.

İşindən qovulan Helen Fares İnstaqram hesabından verdiyi açıqlamada "Alman mediası Fələstin üçün danışan bütün səsləri susdurmağa çalışır. Bu səbəbdən daha çox və daha yüksək səslə danışmalıyıq" deyib.