USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şimali Koreyadan ballistik raket

22.04.2024 Siyasət
0 0
Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını bildirib.

Yonhap xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını açıqlayıb.

Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın yerli vaxtla saat 15.04-də ballistik raket buraxdığını təsdiqləyib.

Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, raket Yaponiyanın milli eksklüziv iqtisadi zonasından kənara düşüb.

Baş nazirlik binasında raketin düşdüyü ərazidə mümkün zərərin müəyyən edilməsi üçün təcili yardım qrupu yaradılıb.

Yaponiyanın Baş naziri Kişida Fumio bölgədə "gözlənilməz vəziyyətlərə qarşı" bütün ehtiyat tədbirlərinin görülməsini əmr etdiyini bildirib.

Sınaqın ABŞ Kosmik Qüvvələrinin komandanı general Stiven Uitinqin Cənubi Koreyanın paytaxtı Seula səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.

İlin əvvəlindən 10-cu raket sınağı

Yaponiya dövlət televiziyası NHK bildirib ki, Şimali Koreya ilin əvvəlindən bəri 10-cu dəfə müxtəlif tipli və mənzilli raketləri sınaqdan keçirib.

Pxenyan administrasiyası ötən həftə Sarı dənizdə "super böyük döyüş başlığı" və yeni tip "Pyoltsi-1-2" adlı zenit raketindən istifadə edərək "Hvasal-1Ra-3" qanadlı raketini sınaqdan keçirib.