USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ-la münasibətlərdən danışıb

23.04.2024 Siyasət
0 0
Çin Xarici İşlər Nazirliyi: Çin və ABŞ arasında fikir ayrılıqlarının hökm sürməsinə icazə verilə bilməz.

Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin sözçüsü bildirib ki, Pekin və Vaşinqton arasındakı münasibətlərdə fikir ayrılıqlarının hakim olmasının qarşısını almaq lazımdır:

“Çin və ABŞ arasında fikir ayrılıqları keçmişdə olub, indi də var və gələcəkdə də qala bilər, lakin onların Çin-Amerika münasibətlərində hökmranlıq etməsinə icazə vermək olmaz, bütün prosesin idarə olunmasına riayət etmək lazımdır”.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin nümayəndəsi Çin və ABŞ arasında münasibətlərdə əsas məsələnin adını çəkib. O qeyd edib ki, böyük ölkələr arasında rəqabət Pekinin, Vaşinqtonun və bütün dünyanın üzləşdiyi problemləri həll etməyəcək.