İspaniya hökuməti Katolik Kilsəsində cinsi istismar hallarının qurbanlarına təzminat ödəməyə qərar verib.
Ədliyyə naziri Feliks Bolanos mətbuat konfransında bildirib ki, nazirliyi tərəfindən hazırlanan və Nazirlər Şurası tərəfindən qəbul edilən plana uyğun olaraq, 2024-2027-ci illərdə qüvvədə olacaq tətbiqi Dini Etiqad Azadlıqları Baş İdarəsi idarə edəcək. .
Bolanos, həyata keçiriləcək planla qurbanların tanınması və yaralarının sağalması üçün təzminat ödəniləcəyini, onların ruhi vəziyyətlərinin yaxşılaşdırılması üçün lazımi müalicələrin həyata keçiriləcəyini, katoliklərdə mümkün yeni cinsi istismar hallarının qarşısının alınması üçün cəmiyyətə məlumat veriləcəyini söylədi. Kilsədə ola biləcək hadisələrin qarşısını almaq üçün mexanizmlər qurulacaq və araşdırmalar davam edəcək.
İspaniyalı nazir təzminatın ödənilməsi üçün İspaniya Katolik Kilsəsinin ən yüksək qurumu olan İspan Yepiskopluğu Konfransı ilə danışıqlara başlanıldığını açıqlayıb.
İspan Katolik Kilsəsi isə 1940-cı illərdən bu yana əksəriyyəti 1960-1980-ci illər arasında aşkar edilən cəmi 927 uşağın cinsi istismarı ilə bağlı 728 dini məmura qarşı şikayətlər aldığını bildirib.
Portuqaliyadakı Katolik Kilsəsi də təzminat ödəməyə qərar verib
Digər tərəfdən, oxşar problemi olan Portuqaliya Katolik Kilsəsi 11 apreldə öz qurumları daxilində cinsi istismara məruz qalanlara təzminat ödəyəcəyini açıqlamışdı.
Kilsə qurbanların iyun-dekabr ayları arasında müraciət edə biləcəyini və kompensasiyanın Portuqaliya Yepiskop Konfransı tərəfindən yaradılan və "həmrəylik" adı altında toplanan pullardan yaradılan fond tərəfindən ödəniləcəyini bildirmişdi.
Portuqaliyadakı Katolik Kilsəsində cinsi istismar iddialarını araşdıran Müstəqil Komissiya 2023-cü ilin fevralında açıqladığı hesabatda 1950-ci ildən bəri ən azı 4815 uşağın cinsi zorakılığın qurbanı olduğunu bildirdi.