USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya ordusunda S-500 erası başlayır

23.04.2024 Siyasət
0 0
Rusiyanın müdafiə naziri Sergey Şoyqu S-500 hava hücumundan müdafiə sistemlərinin gələn il ordunun inventarına daxil ediləcəyini bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvada hərbi rəsmilərlə görüşdə Rusiya ordusunun fəaliyyəti haqqında məlumat verib.

ABŞ rəhbərliyinin Ukraynaya 61 milyard dollarlıq yardım etməyi planlaşdırdığına diqqət çəkən Şoyqu, "bunun Ukrayna Silahlı Qüvvələrinin çökməsinin qarşısını almaq üçün edildiyini və bu məbləğin böyük hissəsinin ABŞ hərbi sənayesini maliyyələşdirəcəyini" bildirib.

Nazir Şoyqu Rusiya hərbi sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin istehsal gücünün və Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını bildirib və belə davam edib:

"Biz Rusiya Silahlı Qüvvələrinin strukturunu təkmilləşdirməyə, ABŞ və müttəfiqlərinin təhdidlərinə uyğun olaraq lazımi silah və hərbi texnikanın istehsalını artırmağa davam edəcəyik. Qərb silahlarının yerləşdiyi mərkəzlərə və sursatlara hücumları gücləndirəcəyik. Rusiya Silahlı Qüvvələri əməliyyatın bütün məqsədlərinə çatana qədər qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcək”.

O, NATO-nun fəaliyyətinə diqqət çəkib

İsveçin martın əvvəlində NATO-ya üzv olduğuna diqqət çəkən Şoyqu bunun Qərb və Şimal-qərb istiqamətlərində hərbi-siyasi gərginliyi artırdığını vurğulayıb.

Şoyqu deyib: "NATO-nun sərhədlərimizdə 33 minə yaxın əsgəri, təxminən 300 tankı və 800-dən çox zirehli texnikası var. Almaniyada "Ukrayna Təhlükəsizliyinə Yardım Qrupu"nun qərargahı ABŞ Silahlı Qüvvələrinin müştərək bazasında yerləşdirilib. Hazırda NATO-nun Avropa regionunda bəzi "Hərbi təlimlər təşkil edir. Bu təlimlərdə 90 minə yaxın insan iştirak edir. NATO Arktikada fəaliyyətini artırmağa çalışır".

Qərb ölkələrinin hərəkətlərinin lazımi tədbirlərin görülməsini tələb etdiyini deyən Şoyqu Moskva və Leninqrad hərbi dairələrinin ölkənin Qərb Hərbi Dairəsindən yaradıldığını xatırladıb.