ABŞ Dövlət Departamenti uzun mənzilli ballistik raketlərin gizli şəkildə Ukraynaya çatdırıldığını təsdiqləyib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Patel, Ordu Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaqmənzilli raketlərin prezident Co Baydenin göstərişi ilə gətirildiyini, lakin Ukraynanın tələbi ilə göndərildiklərini açıqlamadıqlarını bildirib.
Baydenin ATACMS-in Ukraynaya göndərilməsi üçün fevral ayında əmr verdiyini ifadə edən Patel, raketlərin mart ayında açıqlanan hərbi yardım paketi çərçivəsində göndərilməyə başlandığını və bu ay Ukraynaya çatdığını bildirib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan da jurnalistlərə bildirib ki, tədarüklər “Rusiya Şimali Koreyadan ballistik raketlər alıb Ukraynaya qarşı istifadə edib və mülki infrastruktura hücumları artırdıqdan” sonra həyata keçirilib.
Məlumdur ki, ATACMS raketləri təxminən 300 kilometr məsafədəki hədəfləri vurmaq gücündədir.