Rusiya prezidenti Vladimir Putin NATO ilə müharibədən qorxmalıdır, çünki bu, Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək.
“Politico” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib:
“Putinlə hərbi münaqişədən qorxan biz Qərb deyilik, əksinə. Bunu xatırlamağa dəyər, lakin ruslar arasında təhlükə hissini artırmaq üçün deyil, çünki NATO müdafiə paktıdır, əksinə Rusiyanın alyansın hər hansı bir üzvünə hücumunun qaçılmaz məğlubiyyəti ilə başa çatacağını göstərmək üçün”, - deyə XİN rəhbəri qeyd edib.
Sikorski əlavə edib ki, “Putinin yeganə ümidi hərbi münaqişəyə başlamaq istəyimizin olmamasıdır”.
Nazir fikrini Rusiyanın hərbi potensialının “Qərblə müqayisədə zəifləməsi” ilə əsaslandırıb, çünki NATO-nun üç dəfə çox əsgəri və dörd dəfə çox gəmisi var.
Bundan əvvəl Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, ABŞ-ın Polşadakı nüvə silahı NATO ilə münaqişə olacağı təqdirdə Rusiya tərəfindən hücum üçün qanuni hədəf hesab olunacaq.