Rusiya Ukraynanın Odessa şəhərində "Harri Potter qalası" adlanan abidəni vurdu. Hücum nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Xidmətləri (DSNS) Rusiyanın Odessada yerli əhalinin "Harri Potter qalası" adlandırdığı əlamətdar binanı vurduğunu açıqlayıb.
4 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayan DNS, hücumdan cəmi bir neçə dəqiqə əvvəl hava hücumu siqnalı verildiyi üçün bölgə sakinlərinin sığınmağa kifayət qədər vaxtının olmadığını bildirib:
"Hazırda raketin növü yoxlanılır, məhkəmə-tibb ekspertləri bu məqsədlə lazımi qiymətləndirmələr aparır. Hazırda bütün xidmətlər, o cümlədən Fövqəladə Hallar Dövlət Xidməti növbəti hərbi cinayət olan raket hücumunun nəticələrinin aradan qaldırılması üzərində işləyir".
Bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.