Pentaqonun rəhbərinin kosmik siyasət üzrə köməkçisi Con Plumb qeyd edib ki, o, Ayın hərbiləşdirilməsi ehtimalına inanmır:
"Müdafiə Nazirliyinin nümayəndəsi kimi Ayın hərbiləşdirilməsi ilə bağlı konkret məsələdə mən buna inanmıram".
Onun sözlərinə görə, Aya qədər olan məsafədə tədarük zəncirlərini qorumaq “əlçatan görünmür”.
Bundan əvvəl Pentaqonun rəhbərinin köməkçisi Con Plumb bildirib ki, ABŞ Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Starlink peyk rabitə sistemlərindən istifadə etməsinə mane olmağa çalışır. O izah edib ki, Vaşinqton bu problemi həll etmək üçün Ukrayna tərəfi və SpaceX ilə birlikdə fəal işləyir.