USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiya sanksiyasına 31 Çin şirkətini daxil edib

02.05.2024 Siyasət
0 0
ABŞ-ın daha 31 Çin şirkətini Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daxil etdiyi bildirilib.

ABŞ-ın Pekindəki səfiri Nicolas Burns sosial media platforması X hesabında etdiyi paylaşımda Çində yerləşən 31 şirkətin sanksiyalara daxil edildiyini bildirib.

Bu şirkətlərin “müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri” səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayan Burns, “Çinə bu satışların dayandırılmaması halında tədbir görəcəyimizlə bağlı xəbərdarlıq etdik” dedi.

ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.

Sensor istehsalçılarından tutmuş göndərmə şirkətlərinə qədər bir çox şirkət siyahıdadır

ABŞ Maliyyə Nazirliyi materik Çində qeydiyyatdan keçmiş “Wuhan Global Sensor Technology” və “Wuhan Tongsheng Technology” şirkətlərini Rusiyaya infraqırmızı detektorlar kimi hərbi məqsədlər üçün optik məhsullar və sensorlar təqdim etdiklərinə görə sanksiyalar siyahısına daxil edib.