İsrail mediası xəbər verir ki, baş nazir Netanyahu Nazirlər Kabinetinin iclasında ifrat sağçı nazirlərin Qəzzada işğalın ləng getdiyinə dair tənqidlərinə və Rəfah qurudan işğal olunmasa, hökumətdən çəkiləcəkləri ilə bağlı hədələrinə cavab verib.
İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin Rəfah bölgəsinin torpaqlarının işğalı ilə bağlı təhdidlərinə cavab verib.
Netanyahu kabinet üzvlərinə müraciət edərək, "Heç kimin mənə nə edəcəyimi və necə edəcəyimi söyləməsinə ehtiyac yoxdur. Bəzi şeylər olur və olacaq. Bu masadan birlik gözləyirəm" dedi.
“Əməliyyat tezliklə, çox yaxında olacaq”
Xəbərə görə, Nazirlər Kabinetinin iclasında müdafiə naziri Yoav Gallant ötən həftə və bu gün də daxil olmaqla Qəzza zolağında Rəfahın quru işğalına hazırlıqla sıx maraqlandığını bildirib:
“Əməliyyat tezliklə, hətta çox tezliklə baş tutacaq".
Daha sonra, işğal olunmuş ərazilərdə qeyri-qanuni yəhudi məskunlaşmalarına cavabdeh olan ifrat sağçı İsrail Milli Missiyaları Naziri Orit Strok, Qallantın (HƏMAS ilə) danışıqların ancaq atəş altında aparılacağına dair açıqlamalarını xatırladıb.