Reuters: Fransanı Putinin andiçmə mərasimində Rusiyadakı səfiri təmsil edəcək.
Fransanı Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində ölkənin Moskvadakı səfiri Pyer Levi təmsil edəcək. Bu barədə “Reuters” Fransa diplomatik mənbəsinə istinadən məlumat yayıb:
“Fransanı Rusiyadakı səfiri təmsil edəcək”.
Nəşr yazır ki, Parisin belə bir addımı “Qərb düşərgəsində parçalanmaya” səbəb ola bilər.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirmişdi ki, Aİ nümayəndə heyəti və assosiasiyaya üzv ölkələr Rusiya liderinin andiçmə mərasimində iştirak etmək üçün dəvətlər alıblar, lakin iştirakla bağlı qərar yoxdur.